Bakıda hündürmərtəbəli binada yanğın baş verib –Xəsarət alanlar var

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, yanğın binanın 10-cu mərtəbəsindəki mənzildə qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanlar olub.

Yanğın zamanı 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

Çıx qısa zamanda əraziyə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi 18 mərtəbəli binanın yuxarı mərtəbələrindən 22 nəfəri təxliyə edib. Ərazidə xilasetmə işləri başa çatıb.

Yanğın əsasən binanın 10-cu mərtəbəsində yerləşən birotaqlı, 77 kv/m sahəli mənzili əhatə edib. Bundan başqa, 11-ci mərtəbədə yerləşən digər mənzilin eyvanı və pəncərələri qarsalanıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda sürücü döyülərək öldürülüb –

Sonrakı məqalə

Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb