Bakıda kafedə Gəncağanı bıçaqladılar

13 Mart 2020 - 10:41

Bakıda kafedə bıçaqlanma hadisəsi olub. 

Hadisə paytaxtın Nəsimi rayonu, “Qalalatı” kafesində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimova naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi vurulub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci(adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.