Bakıda məhkuma tapança ilə 3 güllə vurulub

23 Fevral 2020 - 10:12

Bakının Binqədi rayonunda silahlı insident hadisəsi baş verib.

Hadisə “Dəyirman” kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus “Niva” markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək, xəsarət alan şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir. Fakt araşdırılır.

Baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib. Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona “Makarov” tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır. (APA)