Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Bakıda mənzillər ucuzlaşacaq

Orkhan Ali 11 Yanvar 2025 - 13:37 (Last updated: 21 May 2025 - 20:15)

Mənzil bazarında hissəli satış prosesi canlanacaq.

AzPost Xəzər TV-yə istinadən məlumat verir ki, “Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyir ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı.

Eskpertin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq.

F.Xəlilov əlavə edib ki, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir.

Ekspert qeyd edib ki, bundan başqa, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər.

Post navigation

Previous: Binəqədidə yerdən çıxan neft hardan gəlir?
Next: Daha bir rayonda bu şəxslərə yeni mənzillər veriləcək

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.