“Arşın mal alan” tamaşası oynanılacaq-Gülçöhrəni ilk dəfə yeni aktrisa ifa edəcək

Dünyanın bir çox şəhərlərində tamaşaya qoyularaq böyük uğur qazanmış və dünyada ən məşhur səhnə əsərlərindən biri olan dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Rollarda Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov (Əsgər), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Tural Ağasiyev (Süleyman), Səbinə Vahabzadə (Asya), Sadiq Məlikov (Vəli) və ilk dəfə Gülçöhrə obrazında Fatimə Cəfərzadə iştirak edirlər.

Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Baş rolun ifaçısı Ramil Qasımov tamaşa ilə bağlı danışarkən qeyd edib ki, solisti olduğu teatr Üzeyir Hacıbəyli irsini daim diqqətdə saxlayır və təbliğ edilməsi sahəsində böyük işlər görür: “Dahi bəstəkarımızın ölməz sənət əsəri “Arşın mal alan” operettası teatrımızın repertuarının bəzəyi olması bunun bariz nümunəsidir. Şöhrətinə, möhtəşəmliyinə, maraqlı məzmununa və ən əsası sağlam gülüş bəxş etməsinə görə seçilən “Arşın mal alan” operettası daim böyük uğur qazanmışdır və tamaşaçılar tərəfindən bəyənilmişdir. İnanıram ki, sənət yoldaşlarımla birgə uğurlu və qüsursuz çıxışlarımızla yenidən sevimli tamaşaçılarımıza böyük zövq yaşadacayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda maşını atəşə tutulan şəxs keçmiş polis əməkdaşı olub

Sonrakı məqalə

Rusiya Ukraynaya təcavüz etsə görünməmiş sanksiya ilə üzləşəcək –