Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib, televizoru aparıb

03 İyul 2020 - 10:09

Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib.

İyulun 1-də Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum maskalı şəxsin onun mənzilinə bıçaqla daxil olaraq, ona hədə-qorxu gələrək televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır. (APA)