Bakıda ötən gün 40-a yaxın ağac aşıb-

4 avtomobilə ziyan dəyib
06 May 2021 - 11:16

Ötən gün Bakıda müşahidə olunan güclü külək nəticəsində 40-a yaxın ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, ağacların aşması nəticəsində 4 avtomobilə ziyan dəyib:

“Ötən gün Bakıda müşahidə olunan sərt külək bir neçə rayonda fəsadlara yol açıb. Küləkli hava səbəbindən paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında 40-a yaxın irigövdəli və xırdagövdəli ağac aşıb, budaqlar qırılıb. Məlum hadisə səbəbindən 4 avtomobilə ziyan dəyib”. (Trend)

Əlavə olunub ki, icra hakimiyyətinin əməkdaşları ağaclar aşan əraziyə cəlb olunub və bütün fəsadlar aradan qaldırılıb.