Bakıda ötən gün 40-a yaxın ağac aşıb-4 avtomobilə ziyan dəyib

Ötən gün Bakıda müşahidə olunan güclü külək nəticəsində 40-a yaxın ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, ağacların aşması nəticəsində 4 avtomobilə ziyan dəyib:

“Ötən gün Bakıda müşahidə olunan sərt külək bir neçə rayonda fəsadlara yol açıb. Küləkli hava səbəbindən paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında 40-a yaxın irigövdəli və xırdagövdəli ağac aşıb, budaqlar qırılıb. Məlum hadisə səbəbindən 4 avtomobilə ziyan dəyib”. (Trend)

Əlavə olunub ki, icra hakimiyyətinin əməkdaşları ağaclar aşan əraziyə cəlb olunub və bütün fəsadlar aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daxili Qoşunların Vətən müharibəsində iştirak edən hərbçisi vəfat edib –

Sonrakı məqalə

Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb