Bakıda polis rəisi kabinetdə özünü öldürdü, Baş Prokurorluq açıqlama yaydı

09 İyul 2021 - 13:20

Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.

Xatırladaq ki, bu gün Bakıda polis rəisi özünü güllələyərək öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Qeyd edək ki, R. Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.