Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb –

DİN
07 May 2021 - 17:31

Mayın 7-də paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda, razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb.

Saxlanılan yoxdur.