“Bakıda “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var” –Deputat polisi bu obyektləri yoxlamağa çağırdı

“Azərbaycanda tikintilərdə uşaq əməyinin istismarının qarşısı xeyli alınıb. Bu, dövlətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizəsinin nəticəsidir. Ancaq hələ də uşaq əməyindən istifadə ilə bağlı epizodik hallar mövcuddur”.

Bunu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Tahir Kərimli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatına münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri mühüm praktiki effektlər verir. T.Kərimli buna nümunə olaraq bildirib ki, Azərbaycanda ərəblərin açıq qadın alveri etmələrinin qarşısı alınıb.

Bununla belə, deputat düşünür ki, hələ də problemlər mövcuddur.

“Bakıda Əlövsət Quliyev küçəsində Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var. Bunun qarşısını almaq lazımdır. Hələ də masaj salonlarından, gecə klublarından istifadə edirlər, bu, xalqımızın mentalitetinə ziddir”, – deyə T.Kərimli bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Sənədi İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkəmizdə oxuyan xarici tələbələr Azərbaycanı tərk edib

Sonrakı məqalə

Tramp seçkidə qalib gəlsə Rusiya, Çin və İranla əməkdaşlıq sona çatacaq –