Bakıda qızlar oteldə ərəbləri qarət etdi –

Kimyaxanım və Xəyalə nə qədər pul oğurlayıb?
21 Yanvar 2020 - 11:25

Bakıda Ərəbistan vətəndaşları qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən “Prestij” hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər – 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.