Bakıda sürücü müştərinin 44 min manatını götürdü, işdən çıxıb qaçdı –Polis axtarır

Bakıda şirkət əməkdaşı internet üzərindən sifariş etdiyi taksidə 44 min manat pulunu yaddan çıxarıb.

Elxan İsrafilov üzərində külli miqdarda pulla banklardan birinə gedirmiş. O, sifariş etdiyi “Toyota” markalı taksi ilə ünvana gedib və Nəsimi rayonu ərazisində taksidən düşüb.

Bu zaman 26 min dollar (44 min manat) pulu maşında unudub, sürücü isə ərazidən uzaqlaşıb.

E.İsrafilov polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, onun sifariş etdiyi taksinin sürücüsü Seymur İsmayılzadə ad-soyadlı şəxs olub.

Məlumata görə, həmin şəxs şirkətdən icarəyə götürdüyü avtomobili elə həmin gün təhvil verib və işdən çıxıb.

Hazırda Nəsimi RPİ-də araşdırmalar davam etdirilir. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yevlaxda iki minik avtomobili toqquşub-

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1 187 nəfər COVID-19-a yoluxub-