Yevlaxda iki minik avtomobili toqquşub-1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.

Həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicəsi davam etdirilir. 

***

saat 16.20

Yevlaxda ağır yol qəzası olub.

Hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

“VAZ 2106” və “Hyundai Sonata” markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər – “VAZ 2106”-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və “Hyundai Sonata”-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gələn ildən Bakıya dizellə işləyən avtobuslar gətirilməyəcək” –

Sonrakı məqalə

Bakıda sürücü müştərinin 44 min manatını götürdü, işdən çıxıb qaçdı –