Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Bakıda taksi sürücüsü 1 yaşlı uşağı yemək yediyi üçün maşından düşürdü

Orkhan Ali 20 Avqust 2025 - 08:10 (Last updated: 20 Avqust 2025 - 08:01)
Taksi

Taksi

Taksi fəaliyyəti ilə bağlı daha bir şikayət daxil olub. AzPost xəbər verir ki, Orxan Həsənov adlı vətəndaş Yango Azerbaijan taksi sifarişi zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Onun sözlərinə görə, bir yaşlı uşağı ilə birlikdə sifariş etdiyi taksiyə minib. Uşaq ac olduğu üçün anası ona kraks çubuğu verib. Bu zaman sürücü qəfil yüksək tonla sərnişinə xəbərdarlıq edib ki, “maşında yeyib-içmək olmaz”. Sərnişin isə uşağın ac olduğunu və yerə heç nə düşmədiyini bildirib. Lakin sürücü “belə olsa, aparmayacam” deyə hədələyib. Mübahisənin böyüməsinin qarşısını almaq üçün sərnişin yolu yarımçıq kəsərək maşından düşüb.

Şikayətçi həmçinin bildirir ki, hadisə barədə şirkətə rəsmi müraciət etsə də, yalnız şablon cavab alıb.

Qanunvericilik baxımından vəziyyət necədir?

Mövcud qanunlara görə, “Taksi fəaliyyəti Qaydaları”na əsasən sürücü sərnişinləri təhlükəsiz və rahat şəkildə təyinat yerinə çatdırmağa borcludur. Sərnişinlərin davranış qaydaları da nəzərdə tutulub: onlar avtomobilə ziyan vurmamalı, nəqliyyat vasitəsinin daxili təmizliyini qorumalıdırlar. Lakin qanunda sərnişinin maşında yeyib-içməsinə qadağa qoyulmur. Yalnız fövqəladə hal yarandıqda və ya avtomobilin təhlükəsiz idarə olunmasına mane olduqda sürücü sərnişini yoldan düşürmək hüququna malikdir.

Beləliklə, qanuni baxımdan sərnişinin uşağına yemək verməsi qayda pozuntusu hesab edilmir. Sürücünün isə sərnişini aparmaqdan imtina etməsi yalnız əsaslı səbəb olduqda mümkündür.

Orxan Həsənov məsələnin AYNA və Yango tərəfindən araşdırılmasını, müvafiq tədbirlər görülməsini tələb edir.

AzPost.az

Post navigation

Previous: ABB müştərinin pulunu mənimsəməkdə ittiham olunur
Next: Azərbaycandan xaricə pul göndərməyin yolları

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.