Bakıda tarixi binanın damında qeyri-qanuni tikilmiş mansard sökülür –FOTO

Bakıda dövlət mühafizəsində olan tarixi binanın damında tikilmiş mansard sökülür.

Paytaxtın Nəsimi rayonu 28 May küçəsində yerləşən binada söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılır.

Bildirilib ki, sosial şəbəkələrdə memarlıq abidəsinin üzərində 2008-ci ildə artırılmış qanunsuz mansard barədə xəbər yayıldıqdan sonra BŞİH məsələyə operativ reaksiya verib.

Qeyd edək ki, memarlıq binası 1908-ci ildə milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib. 

Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib

Sonrakı məqalə

Mayda hava necə olacaq? –