Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda “TikTok” elanında gördüyü evi alan qadın aldadıldı

Orkhan Ali 24 İyul 2025 - 21:40 (Last updated: 24 İyul 2025 - 21:40)
1

Bakıda “TikTok” elanında gördüyü evi alan qadın aldadılıb.

Bunu Teleqraf- a açıqlamasında şikayətçi Səkinə Ziyadxanova bildirib.

Onun sözlərinə görə, ötən il “TikTok”da ev satışı elanı görüb. Evi almaq üçün maraqlanıb və həmin vaxt o Xəzər rayonu Binə qəsəbəsində evi satan Şəbnəm Dadaşova ilə görüşüb. 18 min manata satılan evin 12 min manatını Şəbnəm Dadaşovaya verib.

Razılaçmaya əsasən Səkinə Ziyadxanova pulun 6 min manatını yalnız sənədləşmə zamanı verəcəyini deyib. O, iddia edir ki, məhz sənədləşmədən öncə Şəbnəmin atası Əziz Dadaşova 6 min manatı verib. Lakin sonradan məlum olub ki, ev başqa bir şəxsə satılıb.

Şikayətçi bildirir ki, Şəbnəm Dadaşova onun 12 min manatını qaytarıb, amma 6 min manatı geri vermək istəmir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsində araşdırma aparılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Teleqraf-a bildirib ki, 2025-ci il may ayının 13-də vətəndaş Səkinə Ziyadxanova polis idarəsinin 3-cü polis şöbəsinə müraciət edərək tanış olduğu 2 nəfərə ev satacaqları vədi ilə 22 min manat verdiyini, daha sonra həmin evi başqa şəxsə satdıqlarını bildirib:

“Şikayətçinin müraciətində həmçinin qeyd olunub ki, verilmiş məbləğin 12 min manatı ona geri qaytarılıb. Amma pulun qalan hissəsi bu günə qədər ödənilməyib. Vətəndaşın şikayəti ilə bağlı tərəflərin izahatı alınıb. Araşdırma nəticəsində toplanmış sübutlar əsasında Səkinə Ziyadxanovanın evi satan şəxslərə ümumilikdə 22 min manat yox, 12 min manat ödədiyi və həmin pulu da tam şəkildə geri aldığı məlum olub. Bu səbəbdən həmin şəxslərin Səkinə Ziyadxanova qarşısında heç bir maddi öhdəliyi olmadığı müəyyən edilib. Həmçinin cinayət işinin başlanmasına əsas verən xüsusatların olmadığı barədə şikayətçiyə məlumat verilib”.

AzPost.az

Post navigation

Previous: QMİ dini həmrəyliyin qorunmasında hansı rolu oynayır?
Next: Müalicə turizmi üçün Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Oxşar xəbərlər

1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.