Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd olunur –Prezidentin müraciəti oxunub

Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd olunur.

Tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin və ölkəmizin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndirilib.

“Bu gün 100-cü yaşını qeyd etdiyimiz Türkiyə dövlətimiz bu torpaqlarda qurulan son dövlətimizdir. Hazırkı dövlətimizi qədim tariximizdən və ənənələrimizdən qaynaqlanaraq ölkəmizi yeni yüzilliyə hazırlamaq qarşıdakı hədəfimizdir.

Dövlətlə millət arasında sədrləri qaldırıb vahid bir Türkiyə qurmağa nail olmuşuq. Güclü bir dövlət olaraq dünyadakı kimsəsizlərin kimsəsi olmağı bacardıq. Biz bundan qürur duyuruq. Növbəti yüz ili Türkiyə yüz ili edəcəyik. Türkiyə dayanmadan güclənəcək, dünyadakı imperialist qüvvələrin iradəsinə tabe olmayacaq”.

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına müraciət ünvanlayıb. Azərbaycan Prezidentinin müraciətini Milli Məclisin spikeri Sahibə Qafarova oxuyub. (APA)

 

Əvvəlki məqalə

Şahdağ Milli Parkında yanğın olub –

Sonrakı məqalə

AZTV-nin veteran əməkdaşı Rafiq Savalan vəfat edib