Bakıda üç ay əvvəl itkin düşmüş yeniyetmə qız Zaqatalada tapılıb –

FOTO
14 Avqust 2021 - 12:44

Bakıda üç ay əvvəl yoxa çıxan qız tapılıb.

2004-cü il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.

L. Əliyevanın anası Raisə Əliyeva APA-ya bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala rayonuna aparıldığını və orada tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı carı ilin mayın 20-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.