Əlahiddə Ümumqoşun Ordunun ön xətdə təlimləri başlayıb –VİDEO

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə (HHM) bölmələrində taktiki-xüsusi təlimlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda üç ay əvvəl itkin düşmüş yeniyetmə qız Zaqatalada tapılıb –

Sonrakı məqalə

Merkel istefa verdikdən sonra nə qədər pensiya alacaq?