Bakıda uşaq evinin direktoruna qarşı ittiham dolu səs yazısı yayıldı –VİDEO

Günəşli qəsəbəsində yerləşən 2 saylı körpələr evində uşaqlara zor tətbiq olunduğu iddia edilir. 

Azpost.info bildirir ki, bu barədə sosial şəbəkələrdə səs yazısı yayılıb.

İTV məsələ ilə bağlı reportaj hazırlayıb. İddialara görə, sözügedən səs yazısı 2 saylı uşaq evinin direktoruna aiddir. Səsi yayan şəxs bildirir ki, 18 yaşına kimi həmin uşaq evində qalıb, orada qanunsuzluğu lentə alıb ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təzyiqə məruz qalıb. O, təzyiqlər səbəbindən hazırda anası ilə birgə yaşayır.

Məsələ ilə bağlı uşaq evinin direktoru Sevda Hacıyeva bildirib ki, səs yazısının ona heç bir aidiyyatı yoxdur:

“O videonu yayan Mirəli Quliyevdir. Hazırda 19 yaşı var. Buna baxmayaraq, o, hələ də uşaq evində yaşayır. Onlar Zəngilan rayonundan məcburi köçkün olan iki qardaşdılar. Bu səbəbdən də dövlət analarına 2 otaqlı mənzil verib. Lakin bu uşaq özünə məndən ev tələb edir”.

Mirəlinin anası isə deyib ki, dövlətin verdiyi mənzil müvəqqətidir və mülk sayılmır. Direktor isə oğluna mənzil verilməsi ilə bağlı təqdimatı yubadır.

Daha ətraflı videoda:

 

 

Əvvəlki məqalə

Azərbaycan səfiri etimadnaməsini Makrona təqdim edib –

Sonrakı məqalə

Güclü külək Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünü qopardı –