Bakıdan Dubaya uçuşlar bərpa olundu

AZAL
AZAL

Azərbaycan Hava Yolları (AZAL) Bakı–Dubay istiqamətində uçuşları bərpa edib.

Bu barədə AZAL məlumat paylaşıb. Bildirilib ki, reyslər bu gündən etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubai şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər.

Qeyd edək ki, Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır. AZAL-ın həftəlik müntəzəm reysləri sayəsində sərnişinlər bu istiqamətdə daha rahat səyahət edə biləcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.