Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyini senzurada ittiham etdi –

User 15 May 2026 - 12:09 (Last updated: 15 May 2026 - 12:12)
ayaz musfiq

Dövlət sifarişi və dəstəyi ilə müstəqil şirkətlər tərəfindən istehsal olunan filmlərlə bağlı Kino Agentliyinin hazırladığı və imzalanan müqavilələrdə qanun pozuntularına yol verilir.

Azpost.info bildirir ki, bu barədə Kinorejissorlar Gildiyasının və Prodüserlər Gildiyasının birgə bəyanatında deyilir.

Kinorejissorlar Gildiyasının sədri Ayaz Salayev və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun imzaladığı bəyanatda  bildirilir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin müstəqil şirkətlərlə imzaladığı müqavilələr standartlara uyğun deyil.

Belə ki, dövlət sifarişi və dəstəyi ilə müstəqil şirkətlər tərəfindən istehsal olunan filmlərlə bağlı Kino Agentliyinin hazırladığı və imzalanan müqavilələrdə bir çox qanun pozuntusuna yol verilir.

Sifarişçi – istehsalçı ilə müəlliflər arasında bağlanılmış müqavilələr əsasında qurulmuş hüquqi münasibətlər, mədəniyyət, kinematoqrafiya, müəllif hüquqları və digər qanunvericilik aktlarında, dövlət proqramlarında, konsepsiyada qoyulmuş məqsədlərə, normalara cavab vermir və hətta milli kino sənayesinin inkişafının müəyyən dərəcədə qabağını alır.

İmzalanan bəyanatda deyilir: “İstehsalçı ilə müəlliflər və ifaçılar arasında bağlanılmış müqavilələrdə müəlliflərin və ifaçıların yaradılmış əsər üzrə onlara məxsus olan ən əsas prinsiplər belə öz əksini tapmayıb: Məsələn, filmin əsas aparıcı qüvvələri olan rejissorun və aktyorların istehsalat və yaradıcı proseslərinin normal keçirilməsi üçün hansı şəraitin yaradılması nəzərə alınmayıb. Əksinə,hətta bütün proseslərdə filmin rejissorunun normal yaradıcı prosesinə əngəllər yaradacaq dərəcədə olan maddələr (şərtlər) o qədərdir ki, sanki müqavilələr məhz normal yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması məqsədi üçün bağlanılır.”

Bəyanatda konkret göstərilir ki, müəlliflər arasında bağlanılmış müqavilələr “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 12,14, 15, 32, 40-cı maddələrinə, dövlət satınalmaları haqqında qanunun 49.1.1-ci maddəsinə, mədəniyyət haqqında qanunun 3 və 4-cü maddələrinə və bu sahədə qəbul edilmiş konsepsiya və digər qanunvericilik aktlarına uyğun tərtib edilməlidir.

“Biz, kino sənayesinin aparıcı peşələrini təmsil edən, onların hüquqlarını qoruyan peşəkar ictimai təşkilatlar olaraq, dövlət vəsaiti hesabına kino istehsalatını tənzimləyən müqavilələrin prodüserləri və müəllifləri təmsil edən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən peşəkar təşkilatlarla razılaşdırılmasını məqsədəuyğun sayırıq”, – bəyanatda qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Bakıdan Dubaya uçuşlar bərpa olundu
Next: Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Oxşar xəbərlər

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.