Bakıdan İstanbula uçan təyyarə hava boşluğuna düşdü, panika yarandı –AZAL-dan AÇIQLAMA

“Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.
Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir.
Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir.
https://www.youtube.com/watch?v=TWcTMA61ORA
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sonrakı məqalə

Müdafiə naziri Kəlbəcər və Laçında yerləşən hərbi hissələri yoxlayıb –