Bakıdan Naxçıvana təxirə salınmış reyslər bu gün yerinə yetiriləcək

“Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək.

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Reyslər:

 

J2-2251 (uçuş saatı 17:30),

J2-265 (uçuş saatı 18:00),

J2-261 (uçuş saatı 19:40),

J2-257 (uçuş saatı 21:30),

 

Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək.

 

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxma və ölüm sayı kəskin azalıb

Sonrakı məqalə

“Titanik”ə baxmağa turist aparan batiskafda partlayış olub