Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıdan Sumqayıta yeni magistral yol çəkiləcək

User 28 Dekabr 2025 - 11:40 (Last updated: 28 Dekabr 2025 - 11:07)
baki-sumqayit-yolu-1

Son illər Bakı şəhərində yol və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılsa da, avtomobillərin sayının sürətlə artması və paytaxtın genişlənməsi mövcud nəqliyyat sisteminə əlavə yük yaradıb.

Artan tələbat fonunda nəqliyyat problemlərinin həlli üçün şəhərin Baş planında yeni və daha funksional yanaşma müəyyən edilib.

Yeni konsepsiya əsasən ictimai nəqliyyatın rolunun artırılmasına, nəqliyyat növləri arasında əlaqələrin gücləndirilməsinə və şəhərdaxili hərəkətin daha səmərəli təşkili məqsədinə xidmət edir.

Metro nəqliyyatı Bakı şəhərinin ictimai nəqliyyat sistemində əsas dayaqlardan biri olaraq qalacaq. Planlara əsasən, 2027-ci ilədək “28 May – Cəfər Cabbarlı” keçidində yaşıl və qırmızı xətlərin ayrılması nəzərdə tutulur. 2040-cı ilədək isə metro xətlərinin uzunluğu iki dəfəyə yaxın artırılaraq 73,4 kilometrə, stansiyaların sayı isə 46-ya çatdırılacaq.

Dəmir yolu nəqliyyatı da paytaxtın nəqliyyat xəritəsində mühüm yer tutacaq. Abşeron yarımadasında yeni və yenilənmiş sərnişin stansiyalarının istifadəyə verilməsi, Bakı Dəmir Yolu Vağzalı ilə müxtəlif istiqamətlərin birbaşa əlaqələndirilməsi planlaşdırılır. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu bağlantısının yaradılması və şəhərətrafı qəsəbələrə müntəzəm qatar reyslərinin təşkili nəzərdə tutulur. 2040-cı ilədək dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 338,6 kilometrə çatdırılacaq.

Küçə-yol şəbəkəsinin inkişafında isə yeni planlaşdırma modeli tətbiq olunacaq. Mövcud radial və həlqəvi yollar diaqonal marşrutlarla tamamlanacaq, Bakı–Sumqayıt istiqamətində yeni magistral yol çəkiləcək, həmçinin xarici dairəvi yollar vasitəsilə şəhər mərkəzinə düşən nəqliyyat yükü azaldılacaq. Görüləcək tədbirlər nəticəsində 2040-cı ilədək yol şəbəkəsinin ümumi uzunluğu 2668 kilometrə çatdırılacaq.

Baş plan çərçivəsində alternativ nəqliyyat növlərinin inkişafı da xüsusi yer tutur. Şəhərdə velosiped yollarının mərhələli şəkildə genişləndirilməsi və ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqlarının artırılması nəzərdə tutulur. 2040-cı ilədək velosiped zolaqlarının uzunluğu təxminən 285 kilometr, ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolaqların uzunluğu isə 112 kilometrdən artıq olacaq.

Beləliklə, yeni nəqliyyat konsepsiyası Bakının avtomobil mərkəzli şəhərdən daha balanslı, rahat və davamlı nəqliyyat sisteminə malik paytaxta çevrilməsini hədəfləyir. Bu yanaşma həm tıxacların azaldılmasına, həm də şəhər sakinlərinin gündəlik hərəkətinin asanlaşdırılmasına yönəlib./ BAKU.WS/

AzPost.az

Post navigation

Previous: Dünyanın ən bahalı futbol klubları hansılardır? –
Next: Vergi Məcəlləsində yanvarın 1-dən hansı dəyişikliklər olacaq?

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.