Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.
Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.
Onun sözlərinə görə, 40 ton undan ibarət olan humanitar yardım avtomobilləri Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək. (APA)