Bakıdan yalnız Moskva və Londona təyyarə uçacaq

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.

“AZAL”-dan  verilən məlumata görə, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək, Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə).

Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə “AZAL”ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri “AZAL” aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

Qeyd olunub ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.

Uçuşlar 2-ci Terminaldan/2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvana təyyarə həftədə yalnız bir dəfə uçacaq –

Sonrakı məqalə

Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirildi –