May ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bu barədə APA-ya Bakı Şəhər İcra hakimiyyətindən bildirilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.