Rusiyada koronavirusdan ölüm hallarının yarıdan çoxu Moskvada qeydə alınıb

Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 68 nəfər dünyasını dəyişib.

“TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1358-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 252 245 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 9974 nəfər bu virusa yoluxub, 93 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 2305 nəfərdir, indiyədək 53 530 nəfər də sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp koronavirusdan itirdiyi dostlarından danışdı

Sonrakı məqalə

Bakının 300-ə yaxın əsas küçələrində dezinfeksiya işləri aparılacaq