Bakının azad olunmasının 103-cü ildönümü münasibətilə yürüş keçirilir

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə paytaxt küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilir.

Yürüş Şəhidlər Xiyabanı və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüb.

Azərbaycan Silahlı Qüvvələrinin yürüşə qatılan bir neçə generalı Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib, əkili qoyub.

Yürüşdə hərbi qulluqçular çiyinlərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

Qeyd edək ki, yürüşlər paytaxtdan əlavə Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də keçirilir.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MTN generalı Mövlan Şıxalıyev və dəstəsinə qarşı ittiham açıqlandı –

Sonrakı məqalə

Yeni tədris ilində 1-ci sinifə gedəcək şagirdlərin sayı açıqlandı