Bakının bir neçə rayonunda suyun verilməsində fasilələr yaranıb-

AÇIQLAMA
31 İyul 2020 - 10:36

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

Bu barədə məlumatı  “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb.

Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.