Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozub –Ordumuz düşmənə qarşı adekvat tədbirlər görüb (MÜDAFİƏ NAZİRLİYİ)

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

MN-dən verilən məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir: “Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının bir neçə rayonunda suyun verilməsində fasilələr yaranıb-

Sonrakı məqalə

DİN Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib