“Bakının kompromisi odur ki sülh sazişi üçün təzyiq etmir” –POLİTOLOQ RƏYİ

“10 noyabr, 11 yanvar bəyanatların müəllifi Rusiyadır və açıq demək lazımdır ki, 44 günlük müharibəsini Rusiya dayandırıb. Rusiya müharibəni dayandırmaqla əslində Ermənistanı tam məğlubiyyətindən xilas etdi. Bu gün Rusiya yeganə ölkədir ki, bu ölkənin prezidentinin dəvəti ilə həm Ermənistanın Baş naziri, həm də Azərbaycanın Prezidenti Moskvaya gedib müzakirələri aparmağa hazırdılar”.

Azpost.info bildirir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azadlıq Radiosuna şərhində deyib.

Ekspertin sözlərinə görə, Kreml bundan istifadə edib: “Bu günlərdə Ermənistanın Baş nazirinin səhahiyyətlərini icra edən Nikol Paşinyan parlament seçkilərindən sonra Moskvada oldu və Vladimir Putin balans pozulmasın deyə bu dəfə Azərbaycan Prezidentini işgüzar səfərə dəvət etdi”.

Onun fikrincə, V.Putinin İlham Əliyevə kompromis qərarlarına görə təşəkkür etməsi «məsələlərin həllini istəyirsinizsə belə qərarlar olmalıdır» deməkdir : “Azərbaycan tərəfinin kompromisi odur ki, məğlub tərəf olan Ermənistana sülh müqaviləsini imzalaması üçün təzyiq etmir. Qalib ölkə kimi bizim tələblərimiz bəllidir – Laçın dəhlizi bizim nəzarətimizə keçməlidir, Qarabağda separatçılar tərksilah olunmalıdır, Qazaxın yeddi və Naxçıvanın bir kəndi Azərbaycana qaytarılmalıdır və Zəngəzur dəhlizi ( Ermənistanın Sünik rayonu) işə düşməlidir. Bunların heç biri hələ ki, baş verməyib”.

E.Şahinoğlu vurğulamasına görə, cavab nitqində İlham Əliyev də bölgədəki vəziyyətlə bağlı müəyyən maraqlı fikirlər söyləyib: “O, «münaqişədən sonrakı dövr» ifadəsini işlətdi. Aydındır ki, indi Azərbaycanın əsas vəzifəsi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək, sərhədləri müəyyənləşdirmək və Qarabağda fəaliyyətini davam etdirməkdir. Ola bilsin İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə Qarabağda aparılan quruculuq işləri barədə Kremli xeyli məlumatlandırıb və Rusiya şirkətlərini bölgədə çalışmalara dəvət edib”.

Lakin politoloq hesab edir ki, səfirinə Şuşaya getməyə qadağan edən bir ölkənin rəhbərliyinin şirkətlərə işğal altından azad olunmuş ərazilərdə fəaliyyət göstərmək üçün yaşıl işıq yandıracağını gözləməyə dəyməz: “Amma ən əsası odur ki, Rusiya Qarabağda qayda-qanun yaratmağa, Ermənistanla sərhədləri müəyyənləşdirməyə mane olmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan müdafiə nazirinin müavinini vəzifəsindən azad edib

Sonrakı məqalə

Prezidentin müşaviri efirdə sabiq nazir müavinini döydü –