Bakının mərkəzində qurbanını gözləyən “lyuk”- FOTO

Paytaxtın Dilarə Əliyeva və Puşkin küçələrinin kəsişməsində, əhalinin intensiv olaraq hərəkət etdiyi səkidə kanalizasiya qapağının ətrafı çöküb. AzPost xəbər verir ki, bu barədə izləyicilərdən biri fotolar göndərib. Belə ki, yaranmış çuxur təhlükəli vəziyyət yaradır.
İnsanların daimi istifadə etdiyi yolda “lyuk” sanki qurbanını gözləyir.  Maraqlıdır ki, bu vəziyyət bir ildən çoxdur davam edir. Kimsə ayaq bassa, oyulmuş yer daha da çökər və həmin adam xəsarət ala bilər.
Nədənsə aidiyyəti qurumlar hələ ki, bu mənzərəni görə bilməyib. Fotoları təqdim edirik:
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.