“Bakının Naxçıvanla əlaqə qurmaq istəyini başa düşürük…Nəticə üçün səy göstərməyə hazırıq” –PAŞİNYAN

“Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir. Hökumət kommunikasiyaların açılması məsələsində qərarlıdır”.

Bu sözləri ölkənin baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında söyləyib.

Baş nazir deyib ki, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqələrinin qurulması fövqəladə əhəmiyyətə malikdir. Bu məsələnin həll olunması üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli formatda kommunikasiyaların açılması müzakirə olunur.

“Biz Bakının Naxçıvanla əlaqə qurmaq istəyini də başa düşərək, konkret nəticələrə nail olmaq üçün səy göstərməyə hazırıq və qərarlıyıq”, – deyə Paşinyan vurğulayıb.

N.Paşinyan, həmçinin Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiyasının da gündəlikdə olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bunun üçün lazımi şərtlərin formalaşdırılması sahəsində işləri davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ronaldo məşqə 200 min avroluq maşınla gəldi –

Sonrakı məqalə

“Nazim İbrahimov o vaxt həqiqəti deməyə qorxdu…” –