Balakəndə ağır avtoqəza olub-2 ölü, 2 yaralı var

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şərq Tərəfdaşlığı” sammitinin gündəliyi açıqlanıb

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi