Balıq yeməyin sağlamlığa hansı faydaları var?

Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz.

Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.

Balıqdan istifadənin sağlamlığımıza hansı faydaları var?

Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.

-Xolesterinin maddələr mübadiləsini nizamlar: Balığda bol miqdarda olan Omega-3, damar genişlədən, aqreqasyon önləyici təsiri var. Bu xüsusiyyətlərindən ötəri ürək və damar xəstəliklərinə qarşı qorunma təmin edər.

-Şəkər xəstələri üçün faydalıdır: Şəkər xəstələri, ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

-Balıq prostat xərçəngini qarşısını alır: Omega – 3 yağlarının anti kanserogen təsiri müxtəlif araşdırmalar nəticəsində ortaya qoyulmuşdur. Elm adamları Omega – 3 yağlarınca zəngin bir diyetin şiş və metastas yaranmasını azaltdığını ifadə edirlər.

Balıq qırışıqlara qarşı təsirlidir: Avstraliyada nəşr olunan bir araşdırma, qidalanmanın dəri yaşlanmasıyla əlaqəli olduğunu ortaya qoydu. Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını görüldü.

-Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.

 

-Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır: Serotonin ‘rahatlıq, xoşbəxtlik’ hissləri əlaqəli əhəmiyyətli bir sinir keçiricisi. 11 ölkədə həyata keçirilən araşdırmalar, depressiya nisbətiylə istehlak edilən balıq miqdarının tərs mütənasib olduğunu göstərir.

-Balıq yeyən qadınların uşaqları daha ağıllı olur: İngiltərədə edilən bir araşdırma hamiləliklerində balıq yağı baxımından zəngin bir diyet tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu.

 

Balıq yemək üçün büdcənizi məcbur etməyə ehtiyac yoxdur: Bəzi balıqlar bahalıdır amma ucuz balıqlar da var. Ət və toyuqdan olduğu kimi, balığın yağlarını ayırmağa ehtiyac yoxdur. Beləliklə pulunuzu küçəyə atmamış olarsınız.

Yağ nisbəti azdır: İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir.

-Ağlını itirmiş qocalıq və Alzheimer riskini azaldır. Balığda olan yağ asidi beyindəki iltihablanmağı önləyə, beynin və sinir hüceyrələrinin inkişafını təmin edir, beləcə Ağlını itirmiş qocalıq və əlzeymir riskini azaldır.

 

Omega-3 yağ turşularının Faydaları

Körpələr və Uşaqlarda

• Böyümə və inkişafını dəstəkləməsi
• Mərkəzi sinir sisteminin inkişafı
• Elmi qabiliyyətdə və təhsil müvəffəqiyyətinin; beyin inkişafının dəstəklənməsi
• Görmə itiliyinin artmasında köməkçi
• Qan və qan dövranı sağlamlığının qorunmasında səmərəli
• Ana qarınındakı körpənin sağlam inkişafı üçün lazımlı bir yağ turşusunun.
Xəstəlik və Sağlamlıqda / Yetkinlərdə

• Ürək krizi və ani zərbə riskini
• Xərçəng (prostatı qarşısını alır)
• Zehni sağlamlıq
• əsəbiliyə və depressiya
• Şizofreniya, ağlını itirmə
• Diqqət əskikliyi
• Bağırsaq xəstəlikləri
• ekzema və bir çox xəstəlik riskini və formalaşması azaldır
• Xolestrol metobolizmasını tənzimləyir.
• Sümüklər üçün faydalıdır.
• Şəkər xəstəlikləri üçün faydalıdır.
• Astma təhlükəsini azaldır.
• Qırışlara qarşı təsirlidir.

Əvvəlki məqalə

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası hansı məsələni müzakirə edəcək?

Sonrakı məqalə

Şəfiqə Məmmədovanın Kino İttifaqından kütləvi istefalar –