Bank əmanətlərinin tam sığortalanması müddəti uzadıldı –Mərkəzi Bank açıqlama yaydı

Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmiş, 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.

Mərkəzi Bankdan daxil olan məlumatda bildirilir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə və bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcəkdir.

Qanuna edilmiş dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılmış olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda qaydaları pozan obyektlərin fəaliyyətinə qadağa qoyulub –

Sonrakı məqalə

“Azəriqaz” bəzi məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq