Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bankdan şikayət: Məhkəmə qərarı olmadan maaşdan pul tutuldu

Orkhan Ali 26 May 2025 - 13:35 (Last updated: 26 May 2025 - 13:28)
Bank

Bank

Bakıda vətəndaş sosial şəbəkədə bankın fəaliyyəti ilə bağlı ciddi narazılığını dilə gətirib. İddia olunur ki, dələduzluq yolu ilə oğurlanan vəsaitə görə Kapital Bank vətəndaşın maaş kartından məhkəmə qərarı olmadan pul tutub.

AzPost xəbər verir ki, Fərid Əhmədoğlu adlı şəxs ötən ilin sentyabr ayında bank kartından haker hücumu nəticəsində 800 manata yaxın vəsait oğurlandığını bildirib. Vətəndaş dəfələrlə banka müraciət etsə də, məsələ ilə bağlı müsbət nəticə əldə edə bilməyib.

Zərərçəkən qeyd edib ki, hadisə fors-major xarakteri daşıdığı üçün banka təklif edib ki, zərərin yarısını özü qarşılasın, lakin bu təklif də qəbul olunmayıb. Bundan sonra vətəndaş hesabın dondurulmasını və faizlərin dayandırılmasını tələb etsə də, banka razılıq verməyib.

Farid Ahmadoqlu hüquq-mühafizə orqanlarına da müraciət edib və polis araşdırması nəticəsində hadisə təsdiqlənib. Bank isə əvvəlcə kartın sığortalı olduğunu və 500 manatın ödəniləcəyini desə də, daha sonra sığorta müddətinin bitdiyini əsas gətirərək ödənişdən imtina edib.

Vətəndaş son olaraq bildirib ki, məhkəmə qərarı olmadan Kapital Bank onun maaş kartından vəsait çıxıb. Hadisəyə Kapital Bank da rəy verərək vətəndaşlara kart və OTP kodlarını paylaşmamağı tövsiyə edib, lakin konkret məsələ ilə bağlı əlavə məlumat verməyib.

Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, məhkəmə qərarı olmadan borcun maaş kartından tutulması qanun pozuntusudur. Zərərçəkənə məhkəməyə müraciət etmək və istehlakçı hüquqları çərçivəsində hüquqlarını qorumaq tövsiyə olunub.

Qeyd edək ki, bu cür hadisələr son illər ölkədə bank və müştəri münasibətlərində ən çox narazılıq doğuran məsələlərdən biridir.

AzPost.az

Post navigation

Previous: Taksidə mübahisə faciə ilə bitdi
Next: Nazirlərlə görüşmək istəyənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.