Baş katib:"Dünya Turizm Təşkilatı Azərbaycana dəstək verməyə hazırdır"

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. 

“Report” təbrik mətnini təqdim edir:

“Zati-aliləri,

Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Azərbaycanın Respublika Günü münasibəti ilə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ölkənizin və xalqınızın rifahı və tərəqqisi üçün ən xoş arzularımı yetirirəm.

Azərbaycan hökumətinin turizm sektorunda davamlı inkişaf əldə etmək qətiyyəti sevindirici haldır. Bu, ölkənizin davamlı sosial və iqtisadi inkişafı üçün turizmə verdiyiniz önəmin göstəricisidir.

Dünya Turizm Təşkilatının Sizə səylərinizdə hərtərəfli dəstək verməyə hazır olduğuna əmin ola bilərsiniz. İnanıram ki, bütün bunlar Azərbaycanın ümumi sosial-iqtisadi inkişafında özünü büruzə verəcək.

Zati-aliləri, bir daha Sizi təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bazarlarda, supermarketlərdə maska taxmayanlar cərimələnəcək

Sonrakı məqalə

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub