Baş nazir Əli Əsədov Müşahidə Şurasının üzvlərini təsdiqlədi –SƏRƏNCAM

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şuranın sədri seçilib.

Şuranın tərkibinə isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun əsas daşıyıcıları açıqlandı

Sonrakı məqalə

Gəlin toydan əvvəl bəyi qarət edib pəncərədən qaçdı