Baş nazirin müavini Şahin Mustafayev bu gün İrana gedir

21 Noyabr 2021 - 12:01

Baş nazirin müavini Şahin Mustafayev bu gün İrana səfər edəcək.

Azpost.info bildirir ki, bu barədə İRİB məlumat yayıb. Ş.Mustafayev Tehranda İranın neft, yollar və şəhər inkişafı  nazirliklərinin rəsmiləri ilə danışlqlar aparacaq.

Baş nazir İrana nümayəndə heyəti ilə gedir.