Baş Prokurorluğun sabiq mətbuat katibi vəfat edib

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.

Əvvəlki məqalə

“Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də var”

Sonrakı məqalə

Qərbi Azərbaycan İcması bəyanat yaydı