Baş Prokurorluq Fərəc Quliyevlə bağlı məsələyə baxıb –Nəticə MSK-ya göndərilib (AÇIQLAMA)

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.
E.Sultanovun “Facebook” profilində yaydığı məlumatda bildirilir: “Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Güclü külək keçmiş Nəqliyyat Nazirliyinin binasının dam örtüyünü qopardı –

Sonrakı məqalə

Fəzail Ağamalı üzləşdiyi hucumla bağlı güc strukturlarına müraciət etdi –