Azərbaycan noyabrın 9-da vurulmuş “Mi-24” helikopteri ilə bağlı hüquqi yardım üçün Moskvaya vəsatət göndərib.
Azpost.info bildirir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən RİA-Novosti-yə bildiriblər. “Hazırda bu cinayət işi üzrə intensiv istintaq-operativ əməliyyat tədbirləri aparılır. Vəsatətin nəticələrindən sonra cinayət işi üzrə qərar qəbul ediləcək”-deyə Baş Prokurorluqdan deyiblər.
Xatırladaq ki, 9 noyabrda Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silhalı Qüvvələri tərəfindən Ermənistanın hava məkanı üzərində Mi-24 helikopterinin vurulduğunu bəyan edib. Nəticədə 2 ekipaj üzvü həlak olub.
Bakı helikopterin təsadüfən vurulduğunu etiraf edib və təzminat ödəməyə hazır olduğunu bildirib. Azərbaycan Baş Prokurorluğu bununla bağlı səhlənkarlıq maddəsi üzrə cinayət işi açıb.