Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb

Dindar Sərdar Akif oğlu Babayev (Şeyx Sərdar Hacıhəsənli) azadlığa çıxıb.

O cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli “maide.az” saytının baş redaktoru olub. O, 2017-ci il fevralın 22-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.

Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın “unutduğu” Xocalı soyqırımı –

Sonrakı məqalə

Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib