“Başqa ölkələrə gedən Rusiya vətəndaşları vətən xainləridir”- VOLODİN

“Başqa ölkələrə gedən Rusiya vətəndaşları vətənlərini satanlardır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, qeyd edib ki, Rusiyanı tərk edənlərin çoxu sonda əməllərindən peşman olub ölkəyə qayıtmaq istəyəcək, lakin o zaman gec olacaq:

“Bu gün çoxları nə qədər insanın ölkəni tərk edərək Qazaxıstana, Gürcüstana, Monqolustana və başqa dövlətlərə getdiyini müzakirə edir. Tərk etdikləri vətənlərində hələ də valideynləri, babaları, qohumları var. Onların bu hərəkəti vətənə xəyanətdir. Gələcəkdə çoxları peşman olacaq. Rusiyaya qayıtdıqdan sonra səhvlərinin fərqində olacaqlar, amma çox gec olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Kiyev şəhərinə raket zərbələri endirdi

Sonrakı məqalə

Bağçalara işə qəbul üçün müsahibənin keçid balı açıqlanıb