Başqırdıstanda etirazçılar yenidən mərkəzi meydana çıxıb, saxlananlar var

Yanvarın 19-da Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yüzlərlə insan həbs olunmuş “Başkort” hərəkatının keçmiş lideri Fail Alsınova dəstək nümayişinə çıxıb.

Azpost.info bildirir ki, məhkəmənin qərarı ilə ona dörd il həbs cəzası verilib. O, yanvarın 17-də etnik nifrəti qızışdırmaqda təqsirli bilinib. Baymak rayonunda məhkəmə hökm çıxaran zaman məhkəmə qarşısında minlərlə insan təhlükəsizlik qüvvələri ilə toqquşub.

Yanvarın 18-də isə səkkiz nəfər Baymakda görünməmiş etirazlarda iştirakına görə 14 günlük həbsə məhkum ediliblər.

Etirazçıların bugünkü aksiyaya sosial mediada çağırışlara cavab olaraq çıxdığı bildirilir. SotaVision nəşri onların sayının min 500 nəfər olduğunu yazır.

Ufada etitazçıların meydanlarda gəzdiyi, başqırd mahnıları oxuduğu deyilir. Polis əməkdaşlarına isə sadəcə gəzdiklərini deyirlər. Məlumatlara görə, “OMON” bir neçə nəfəri, o cümlədən Alsınovun çıxışından sözlər yazılmış plakat tutan bir qızı saxlayıb.

Polis əməkdaşlarının “Odnajdi v Başkirii” Telegram kanalına dediyinə görə, rəsmi saxlanan yoxdur, polis sadəcə bəzi adamları meydandan “yola salıb”. Sonradan saxlanmalar barədə məlumat təsdiqlənib. Meydana yığışanlar polisin meydandan dörd nəfəri aparmasına mane olmağa çalışıblar, OMON-çularla toqquşma olub. Ümumilikdə yeddi nəfərin saxlandığı xəbər verilir.

Başqırdıstan DİN daha öncə razılaşdırılmamış aksiyada iştirak görə məsuliyyətlə bağlı xəbərdarlıq etmişdi.

Əvvəlki məqalə

Britaniya Parlamentində 20 Yanvar hadisələri yad edilib

Sonrakı məqalə

BMT Baş katibi İrana və Pakistana çağırış edib