“Bavariya” qələbə qazanıb, Kölndə 4 qol vurulub –

Bundesliqa
17 May 2020 - 21:57

Almaniya Bundesliqasında XXVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə iki qarşılaşma baş tutub.

“Köln” – “Mayns” görüşü daha məhsuldar alınıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Son çempion və lider “Bavariya” Berlində “Union”un qonağı olub. Robert Levandovski və Bencamin Pavarin qolları münhenlilərə 3 xal qazandırıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
17 may
17:30. “Köln” – “Mayns” – 2:2

Ut, 6 (pen.), Kayns, 53 – Avoniyi, 61, Kunde, 72
20:00. “Union” – “Bavariya” – 0:2
Levandovski, 40 (pen.), Pavar, 81